Techera Academy – təhsil, biznes, sosial və kadr hazırlığı sahələrində genişmiqyaslı layihələr həyata keçirən və ölkəmizdə ən böyük təlimçi bazasına sahib olan aparıcı mərkəzlərdən biridir. Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərərək, fərdi və korporativ müştərilər üçün innovativ həllər təqdim edilir.
Mərkəz yalnız təlim və kadr hazırlığı ilə məhdudlaşmır, eyni zamanda CRM və ERP həlləri sahəsində də xidmət göstərir, müəssisələrin idarəetmə sistemlərini optimallaşdıraraq daha səmərəli fəaliyyət göstərmələrinə dəstək olunur. Bundan əlavə, korporativ və ictimai tədbirlərin təşkili sahəsində peşəkar komanda ilə müxtəlif seminarlar, konfranslar və biznes forumlarını uğurla həyata keçirilir.
Əsas missiyamız insan kapitalını gücləndirmək, bizneslərin inkişafına töhfə vermək və innovativ texnologiyalar vasitəsilə müasir bazar tələblərinə uyğun həllər təqdim etməkdir. Beynəlxalq təcrübəyə əsaslanan metodologiyalarımız və praktiki yanaşmamız sayəsində iştirakçılarımıza real iş şəraitində tətbiq oluna bilən bilik və bacarıqlar qazandırırıq.
Techera Academy – Gələcəyi öyrənir, inkişafı öyrədir.
IT sahələri üzrə həyata keçirilən təlim və məsləhətlərin onlayn platformalar ilə aparılması
Bütün regionlarda layihələrin idarəedilməsi sahəsində təcrübə
10 ildən artıq təcrübəyə sahib təlimçilər və kouçlar ilə peşəkar təlim və məsləhət xidmətləri
Korporativ müəssisələrdə əməkdaşların peşəkar inkişafı üçün təlim və məsləhət xidmətləri verilir.