Bizim Hekayəmiz
Biznes, təhsil və peşəkar inkişaf sahəsində müəssisələr üçün praktik, nəticəyönümlü və real iş mühitinə uyğun təlim və inkişaf həlləri təqdim edən çoxşaxəli mərkəzdir. Təklif olunan proqramlar həm rəhbər, həm də işçi heyətinin bilik və bacarıqlarının artırılmasına yönəlir və təşkilatların strateji hədəflərinə uyğun şəkildə fərdi olaraq formalaşdırılır.
Təlim portfeli geniş istiqamətləri əhatə edir. Buraya İnsan Resurslarının İdarəedilməsi, Layihələrin idarəedilməsi, Marketinq və Satış, Biznes Proseslərinin İdarəedilməsi, Liderlik, Soft Skills, IT, Rəqəmsal bacarıqlar, ISO standartları üzrə proqramlar daxildir. Təlimlər onlayn, əyani və hibrid formatlarda, sahə üzrə təcrübəli yerli və beynəlxalq ekspertlər tərəfindən keçirilir. Hər bir müəssisənin ehtiyaclarına uyğunlaşdırılır.
Mərkəz Bakı şəhəri və respublikanın bütün regionlarında 150-dən artıq mütəxəssis şəbəkəsi ilə fəaliyyət göstərir. Respublikanın 26 şəhər və rayonda uğurlu layihə portfeli formalaşdırmışdır. Təhsil, sosial, biznes və kadr hazırlığı istiqamətlərində layihələrin araşdırılması, yazılması və icrası üzrə ixtisaslaşmışdır.
Bununla yanaşı, müəssisə və universitetlər üçün akademiyaların qurulması, təhsil mərkəzlərinin inkişafı və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi sahəsində xidmət göstərən nadir mərkəzlərdən biridir.
Amerika, Avropa, Asiya və Türkiyənin aparıcı universitetləri ilə birgə Mini-MBA və sertifikat proqramları həyata keçirilir. Beynəlxalq təcrübə və akademik biliklər yerli bazarın ehtiyaclarına uyğun şəkildə tətbiq olunur.
Eyni zamanda, müəssisələrin rəqəmsal idarəetməyə keçidi üçün LMS və HRM həlləri üzrə beynəlxalq tərəfdaşlıqlar çərçivəsində kompleks dəstək təqdim edilir. Komandaların bacarıqlarının inkişafı, biznes performansının artırılması üçün sistemli və davamlı yanaşma tətbiq olunur.
Bütün bu fəaliyyət istiqamətlərinin məntiqi davamı olaraq, TECHERA regionların biznes və inkişaf potensialını vahid platformada bir araya gətirən REGİONAL EXPO layihəsinin qurucusu və idarəçisidir. Layihə dövlət və özəl sektor, sahibkarlar, müəssisələr və digər maraqlı tərəflər arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasına, regionlardan qlobala çıxışın dəstəklənməsinə və regional biznes ekosisteminin inkişafına xidmət edir.