+99410 437 55 65 info@techera.az
REGİONAL EXPO GƏNCƏ 2026
-- Gün
:
-- Saat
:
-- Dəqiqə
:
-- Saniyə
REGİONAL EXPO GƏNCƏ 2026 13-14 Noyabr 2026 · Gəncə İdman Sarayı

HAQQINDA

REGİONAL EXPO GƏNCƏ 2026 Azərbaycanın regionlarında biznes ekosisteminin inkişafına töhfə vermək məqsədilə təşkil olunan ən böyük biznes platformalarından biridir. 13–14 noyabr 2026-cı il tarixlərində Gəncə şəhərində keçiriləcək tədbir sahibkarları, dövlət qurumlarını, investorları, yerli və beynəlxalq şirkətləri, startapları və biznesə dəstək təşkilatlarını eyni məkanda bir araya gətirəcək. Sərgi çərçivəsində məhsul və xidmətlərin təqdimatı, B2B və B2G görüşləri, investisiya və ixrac imkanlarının müzakirəsi, panel sessiyalar, forumlar və biznes əlaqələrinin qurulmasına yönəlmiş xüsusi proqramlar təşkil olunacaq. Tədbir iştirakçılara yeni tərəfdaşlıqlar qurmaq, bazarlarını genişləndirmək, innovativ həllərlə tanış olmaq və regionun iqtisadi potensialını daha yaxından kəşf etmək imkanı yaradacaq. REGİONAL EXPO GƏNCƏ 2026 yalnız bir sərgi deyil, həm də əməkdaşlıqların formalaşdığı, yeni investisiyaların təşviq olunduğu və gələcəyin biznes imkanlarının müzakirə edildiyi strateji biznes platformasıdır. Azərbaycanda regional iqtisadi inkişafın gücləndirilməsi və sahibkarlıq mühitinin genişləndirilməsi istiqamətində mühüm rol oynayan bu tədbir ölkənin aparıcı biznes nümayəndələrini vahid məqsəd ətrafında birləşdirəcək.

TƏŞKİLATÇILAR

TƏŞKİLATÇILAR

TƏDBİRİN PROQRAMI

13.11.2026
09:00–10:00 Qeydiyyat
10:00–10:30 Sərgi zalının açılışı və lentkəsmə mərasimi
10:30–11:30 Dövlət və özəl sektor nümayəndələrinin açılış nitqləri
11:30–13:00 Protokol heyətinin sərgi stendləri ilə tanışlığı
14:00–18:00 Azərbaycan Dövlət Aqrar Universitetinin "Universitet–Sənaye Əməkdaşlığı" mövzusunda tədbiri
14.11.2026
10:00 – 11:00 “Regionlarda sahibkarlığın inkişafı” müzakirəsi
11:00 – 12:00 “İnnovasiya və rəqəmsal transformasiya” təqdimatları
12:00 – 13:00 Startup və gənc sahibkar təqdimatları
13:00 – 14:00 Nahar fasiləsi
14:00 – 16:00 B2B, B2G və networking sessiyaları
16:00 – 17:00 İnvestisiya görüşləri
17:00 – 17:30 İdxal və ixrac imkanlarının müzakirəsi
17:30 – 18:00 Xatirə fotosu və media müsahibələri

TƏDBİRİN KEÇİRİLƏCƏYİ MƏKAN / ƏLAQƏ

Müəssisə qeydiyyatı üçün
+99410 437 55 65
Sponsorluq
+99470 740 88 40
Sosial media
Ünvan
Gəncə İdman Sarayı
Əlaqə e-poçtu
REGİONAL EXPO GƏNCƏ 2026 · 13-14 Noyabr 2026