+99410 437 55 65 info@techera.az
REGİONAL EXPO QUBA 2026
Gələcək Tədbir

REGİONAL EXPO QUBA 2026

TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Quba şəhərində regionun biznes və rəqəmsal inkişafına həsr olunan sammit baş tutacaq.

Tarix 22.05.2026
Vaxt 10:00
Yer Quba Olimpiya, İdman , Təlim, Tədris və İstirahət Kompleksi
İştirakçı 100

Tədbir Haqqında

TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Quba şəhərində regionun biznes və rəqəmsal inkişafına həsr olunan sammit baş tutacaq. Tədbir Quba, Qusar, Xaçmaz və ətraf rayonlardan sahibkarları, şirkətləri və gənc mütəxəssisləri bir araya gətirməklə yanaşı, Bakıdan böyük holdinq, dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı ilə geniş əməkdaşlıq imkanları yaradacaq.

Sammit çərçivəsində iştirakçıları gözləyir:
* Yerli istehsalçı və sahibkarların məhsul və xidmət sərgisi
* Karyera sərgisi və şirkətlərlə birbaşa əlaqə imkanı
* Rəqəmsal şirkətlər və innovativ texnoloji həllər zonası
* Banklar və maliyyə institutları ilə görüşlər və maliyyə imkanları
* Dövlət, biznes və təhsil strukturları arasında şəbəkələşmə mühiti
* Bakıdan böyük holdinq və aparıcı dövlət-özəl qurumlarla tanışlıq və əməkdaşlıq fürsətləri

Sammitin məqsədi regionda rəqabətqabiliyyətli və innovativ biznes ekosisteminin formalaşmasına, iqtisadi aktivliyin artmasına və uzunmüddətli tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.

Gələcəyin biznes mühitini birlikdə quraq! 🚀

Qalereya

Tədbir Məlumatları

Tarix: 22 May 2026
Vaxt: 10:00 - 18:00
Yer: Quba Olimpiya, İdman , Təlim, Tədris və İstirahət Kompleksi
İştirakçı sayı: 100 nəfər

TƏDBİR PLANI

TƏDBİRİN PROQRAMI

09:00 – 10:00
Qeydiyyat və Qarşılama
10:00 – 11:00
RƏSMİ AÇILIŞ MƏRASİMİ
10:00 – 13:00
SƏRGİ VƏ ŞƏBƏKƏLƏŞMƏ
Tədbirlərə qayıt