TECHERA olaraq beynəlxalq tərəfdaşlıqlarımızın genişləndirilməsi və Azərbaycanda peşəkar inkişaf imkanlarının artırılması istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu çərçivədə Sabancı Universiteti ilə əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlər üzrə ikili sertifikat proqramları təqdim edirik.
Əməkdaşlığın əsas istiqamətlərindən biri xüsusilə top menecerlər, rəhbər heyət və idarəçilər üçün strateji idarəetmə və liderlik bacarıqlarının inkişaf etdirilməsidir. Bu istiqamətdə həyata keçirilən proqramlar müasir biznes çağırışlarına uyğun olaraq liderlik, çevik idarəetmə, dəyişikliklərin idarə olunması və strateji qərarvermə bacarıqlarının gücləndirilməsini hədəfləyir.
Təqdim olunan ikili sertifikat proqramları aşağıdakı istiqamətləri əhatə edir:
- Strateji liderlik sertifikat proqramı
- Çevik layihə idarəetməsi və liderlik
- Dəyişikliklərin idarə edilməsi
- Rəhbərlər üçün maliyyə sertifikat proqramı
- Yeni nəsil insan resursları üzrə mütəxəssis sertifikat proqramı
- Süni intellekt ilə səmərəliliyin artırılması
- Layihə menecerləri üçün süni intellekt
- Generativ süni intellekt
- Data analitikasının əsasları və süni intellekt ilə transformasiya sertifikat proqramı
- Data analitikası: məlumatdan dəyər yaratmaq
- Marketinqdə süni intellekt və avtomatlaşdırma
- Strateji marketinqin idarə edilməsi
- E-ticarət üzrə mütəxəssis sertifikat proqramı
- Lean 6 sigma yaşıl kəmər sertifikat proqramı
- İsraf analizi
Bu proqramlar iştirakçılara həm nəzəri bilik, həm də praktiki yanaşmalar qazandıraraq onların müasir əmək bazarının tələblərinə uyğun inkişafını dəstəkləyir. Təlimlər zamanı beynəlxalq yanaşmalar, real кейslər və tətbiqyönümlü metodologiyalar əsasında tədris həyata keçirilir.
TECHERA olaraq məqsədimiz beynəlxalq tərəfdaşlıqlar vasitəsilə Azərbaycanda peşəkar inkişaf, rəhbər potensialının gücləndirilməsi və rəqəmsal transformasiya istiqamətində dəyər yaratmaqdır.
Qalereya